Bəzi bölgələrdə yağış və qar gözlənilir

Feb 14, 2025 - 16:06
 0  94
Bəzi bölgələrdə yağış və qar gözlənilir

Fevralın 15-17-də Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraiti gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Tbilisidə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

“Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): Fevralın 15-də yağıntı olmayacaq, fevralın 16-17-də bəzi yerlərdə yağış yağacaq”. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) fevralın 15-də yağıntı olmayacaq, fevralın 16-17-də isə yağış yağacaq. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): Fevralın 15-də yağıntı olmayacaq, fevralın 16-17-də bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Fevralın 15-də yağıntı olmayacaq, fevralın 16-17-də isə qar yağacaq. Havanın temperaturu gündüz +3, +5 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Fevralın 15-16-da yağıntı olmayacaq, fevralın 17-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Fevralın 15-16-da yağıntı olmayacaq, fevralın 17-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +12, +14 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Fevralın 15-16-da yağıntı olmayacaq, fevralın 17-də bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Fevralın 15-də yağıntı olmayacaq, fevralın 16-17-də bəzi yerlərdə qar yağacaq. "Havanın temperaturu gündüz +1, +3 dərəcə təşkil edəcək", - məlumatda deyilir.