Rusiyanın Gürcüstanda seçkilərə təsiri yoxdur
Rusiyanın Gürcüstanda keçirilən seçkilərə heç bir təsiri yoxdur.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews" telekanalına müsahibəsində deyib.
“Rusiyanın Gürcüstana təsiri yoxdur. Onların Gürcüstanda təsir edə biləcəkləri siyasi partiya yoxdur. Media kanalları ilə də onların təsiri yoxdur. Ona görə də Rusiya tərəfi mahiyyətcə Gürcüstanda seçkilərə təsir edə bilmir”, - Kobaxidze deyib.
mənbə: apa