Guriyada 14 yaşlı xalası qızını zorlamaqda şübhəli bilinən qohum tutuldu

Jul 28, 2026 - 15:23
 0  44
Guriyada 14 yaşlı xalası qızını zorlamaqda şübhəli bilinən qohum tutuldu
: :
playing

Guriyanın kəndlərindən birində 14 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinən 50 yaşa yaxın kişini polis əməkdaşları saxlayıb. Məlumata görə, saxlanılan şəxs zərərçəkən məktəblinin xalasının əridir.

XEBER.GE xəbər verir ki, dəhşətli hadisə ötən gün baş verib.

Yerli sakinlərin verdiyi məlumata görə, 50 yaşlı kişi 14 yaşlı qızın evinə qonaq gəldiyi zaman azyaşlıya qarşı cinsi zorakılıq törədib.

Hadisədən dərhal sonra 14 yaşlı qızın anası hüquq-mühafizə orqanlarına müraciət edib.

Polislər operativ axtarış tədbirləri nəticəsində şübhəli şəxsi elə həmin gün saxlayıblar.

Saxlanılan şəxsə rəsmi ittiham artıq təqdim olunub. Məhkəmənin bu gün onun barəsində həbs qətimkan tədbirini müzakirə edəcəyi gözlənilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi (Zorlama) üzrə cinayət işi açılıb.

Hadisənin tam təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri aparılır.