Etiraz yürüşünün iştirakçıları Tbilisi Dövlət Universitetindən parlamentə doğru hərəkət ediblər
Rustaveli prospektində keçirilən aksiyaya Tbilisi Dövlət Universitetinin etiraz yürüşünün iştirakçıları da qoşulub.
Hazırda Rustaveli prospekti bağlanıb.
Parlamentin qarşısında dayanan aksiya iştirakçıları TDU-dan gələn aksiya iştirakçılarını alqışlayıblar.
Aksiya iştirakçıları həmin yerə Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər. Həmçinin müxtəlif məzmunlu bannerlər gətirilib.
Patrul polisi və kriminal polis əməkdaşları parlamentin yaxınlığında, daha doğrusu, 9 Aprel və Çiçinadze küçələrində kordon yaradaraq, qanunverici orqanın yan girişlərinə vətəndaşların daxil olmasını məhdudlaşdırırlar.
mənbə: interpress