DİN: Türkiyə tərəfindən axtarışda olan şəxs saxlanılıb

Sep 8, 2025 - 13:34
 0  9
DİN: Türkiyə tərəfindən axtarışda olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə tərəfindən axtarışa verilmiş, əvvəllər məhkum olunmuş, 1998-ci il təvəllüdlü şəxs saxlanılıb.

Nazirliyin açıqlamasında deyilir: “Saxlanılan B.A. Türkiyə Respublikasında qəsdən adam öldürmə və maddi qazanc əldə etmək məqsədilə kompüter məlumatlarına müdaxilə ittihamı ilə axtarışda idi. Təqsirləndirilən şəxs Gürcüstan sərhədini hələ barəsində beynəlxalq axtarış elan edilməzdən əvvəl keçmişdi.”
Qurumun məlumatına görə, onun barəsində ekstradisiyaöncəsi prosedurlar aparılır.

mənbə: marneulifm