Arvadının şəxsi məlumatlarını ailə üzvləri və dostları ilə paylaşıb

Gürcüstan Prokurorluğunun məlumatına görə, həyat yoldaşının şəxsi həyatına dair gizli məlumatları qanunsuz olaraq saxlamaq və yaymaq faktı üzrə bir şəxsə ittiham irəli sürülüb.
Qurum bildirir ki, məhkəməyə təqdim ediləcək vəsatətdə həmin şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi tələb olunacaq.
Açıqlamada qeyd olunur: “Şida Kartli və Mtsxeta-Mtianeti dairə prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həyat yoldaşının şəxsi həyatına dair gizli məlumatları sosial şəbəkə vasitəsilə zərərçəkmişin ailə üzvlərinə və dostlarına göndərib.”
Ona Cinayət Məcəlləsinin 157-ci prim maddəsinin birinci bəndi ilə (şəxsi həyatın sirrini qanunsuz saxlama və yayma) ittiham elan olunub. Bu maddə ilə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
mənbə: marneulifm