İsrailli turist Tbilisidə ictimai yerdə atəş açdığına görə saxlanılıb
Məhkəmə saxlanılan şəxsə 4 min lari məbləğində inzibati cərimə, həmçinin Gürcüstandan deportasiya və üç il müddətinə ölkəyə giriş qadağası təyin edib.
Xeber.ge xeber verir ki,
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılma Gürcüstan DİN-in Miqrasiya Departamenti və Tbilisi polisinin birgə əməliyyatı nəticəsində, “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanun əsasında həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 29 dekabr 2025-ci il tarixində xarici vətəndaş Qəhrəmanlar meydanı yaxınlığındakı tuneldən keçərkən akustik silahdan bir neçə dəfə atəş açıb.