Tbilisidə rekord sayda maşın qaçıran azyaşlı həbs edilib

May 3, 2026 - 12:16
 0  108
Tbilisidə rekord sayda maşın qaçıran azyaşlı həbs edilib

Gürcüstanın Daxili İşlər Nazirliyi   avtomobil oğurluğu ilə bağlı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində azyaşlı şəxs şübhəli qismində saxlanılıb.

Xeber.ge xeber  verir ki, saxlanılan şəxs 2012-ci il təvəllüdlü yeniyetmədir.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşa məxsus "Ford" markalı avtomobili gizli şəkildə ələ keçirərək hadisə yerindən qaçıb.

: Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qaçırılan avtomobil maddi sübut kimi müsadirə olunub.

Nazirliyin məlumatında qeyd olunur ki, 2012-ci il təvəllüdlü bu yeniyetmə əvvəllər də analoji əməllərlə gündəmə gəlib. O, hələ cinayət məsuliyyətinə cəlb olunma yaşına çatmadığı dövrlərdə 30-a yaxın avtonəqliyyat vasitəsinin qaçırılması faktı üzrə ifşa edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin (Oğurluq) 2-ci və 3-cü hissələri ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.