Parlament “Silah haqqında” qanuna dəyişikliklər qəbul edib

Dec 17, 2025 - 21:13
 0  35
Parlament “Silah haqqında” qanuna dəyişikliklər qəbul edib

Parlament “Silah haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Xeber.ge xeber  verir ki, qeyd olunan dəyişikliklər Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə qeydə alınıb və qurumun məlumatına görə, Gürcüstanda akustik silahların, elektroşok cihazlarının və qaz-aerozol qurğularının dövriyyəsinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Elektroşok cihazlarını vətəndaşlar artıq ala bilməyəcək; bibər qazı spreyi və səs (akustik) silahları isə yalnız DİN-in razılığı ilə əldə etmək mümkün olacaq.

Qurum dəyişikliklərin məqsədini “ictimai təhlükəsizliyin və hüquq qaydasının daha effektiv təmin edilməsi, eləcə də cinayətlərin qarşısının alınması” ilə izah edir.