Tbilisi meri: tramvay layihəsi reallaşdırılacaq

Dec 17, 2025 - 20:57
 0  36
Tbilisi meri: tramvay layihəsi reallaşdırılacaq

Tbilisi meriyasının tramvay layihəsini həyata keçirmək planları barədə xəbər sentyabr ayında, yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində məlum olmuşdu.

Tbilisidə tramvay layihəsinin həyata keçirilməsinin baş tutmaması ilə bağlı yayılan məlumat yalandır, paytaxtın meri Kaxa Kaladze bildirib.

Xeber.ge xeber  verir ki, yeni tramvay xətti Didi Diqominin III və IV mikrorayonlarının kəsişməsindən başlayacaq və Davit Ağmaşenebeli prospekti boyunca “Didube” metro stansiyasına qədər uzanacaq. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq. Marşrut üzərində 11 dayanacaq yerləşəcək.

“Cəmiyyəti aldatdığımız və guya tramvay layihəsinin həyata keçirilməyəcəyi barədə çoxlu yalan və böhtan yayılır. Bu, yalandır”, – Kaladze şəhər hökumətinin iclasında deyib.

Onun sözlərinə görə, qalib şirkət 2026-cı ilin yanvar ayının sonunda elan ediləcək. “Tender elan olunub. Çox tezliklə, yanvarın sonunda tramvay layihəsi üzrə qalib şirkətimiz olacaq və o, layihənin icrasına başlayacaq”, – deyə Kaladze qeyd edib.