Qariabaşvili korrupsiyada ittiham olunur-DTX

Oct 22, 2025 - 20:07
 0  30
Qariabaşvili korrupsiyada ittiham olunur-DTX

Xeber.ge xeber  verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-korrupsiya Agentliyinin direktoru Emzar Qaqnidzenin məlumatına görə, keçmiş baş

nazir İrakli Qariabaşvili davam edən istintaq çərçivəsində sorğuya tutulub.

"O, istintaqla tam əməkdaşlıq etdi və illər boyu qanunsuz gəlir əldə etdiyini etiraf etdi.

Müvafiq olaraq, növbəti günlər ərzində istintaq mövcud və əlavə dəlillər əsasında onun hərəkətlərinin necə təsnif ediləcəyi

və ona qarşı sərt tədbirlərin seçilməsi məsələsini qərara alacaq, bu da ictimaiyyətə bildiriləcək" - ifadələrini Qaqnidze Dövlət

Təhlükəsizliyi Xidmətində keçirilən mətbuat brifinqində işlətmişdir.

O, İrakli Qariabaşvilinin həbs edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.