Tbilisidə baş vermiş atışma ilə bağlı iki nəfər saxlanılıb

Apr 3, 2025 - 14:10
 0  43
Tbilisidə baş vermiş atışma ilə bağlı iki nəfər saxlanılıb
: :
playing

Tbilisidə, Didube rayonunun Ağladze küçəsində gecə saatlarında baş verən dava və atışma ilə bağlı iki nəfər qrup halında zorakılıq ittihamı ilə saxlanılıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü L.E. və elə həmin ildə doğulmuş L.A. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima bəndi üzrə istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, 2025-ci ilin 2 aprel tarixində gecə saatlarında Rafael Ağladze küçəsinin yaxınlığında L.A., L.E., 2001-ci il təvəllüdlü N.T. və 1993-cü il təvəllüdlü O.M. arasında mübahisə yaranıb. Sözlü mübahisə tezliklə fiziki qarşıdurmaya çevrilib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində L.E. və L.A. saxlanılıb. N.T.-nin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

mənbə: Interpress