Gürcüstandan 97 əcnəbi deportasiya edilib

Apr 3, 2025 - 14:33
 0  20
Gürcüstandan 97 əcnəbi deportasiya edilib

Miqrasiya Departamentinin əməkdaşları 2025-ci ilin mart ayında ölkədən 97 əcnəbi vətəndaşı deportasiya ediblər.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, DİN-in Miqrasiya Departamenti digər struktur bölmələrlə sıx koordinasiya şəraitində ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəni effektiv şəkildə həyata keçirir.

Qeyd olunub ki, ötən ay ərzində müxtəlif ölkələrin 97 vətəndaşı Gürcüstandan çıxarılıb. Onların bir qismi ölkəni könüllü şəkildə tərk edib, digərləri isə Miqrasiya Departamentinin keçirdiyi tədbirlər nəticəsində məcburi qaydada deportasiya olunub. Deportasiya olunan şəxslərə qanunvericiliyə uyğun olaraq Gürcüstana daxil olma qadağası tətbiq olunub.

Deportasiya edilən şəxslər aşağıdakı ölkələrin vətəndaşlarıdır:

Hindistan, Belarus, Çin, Tacikistan, Azərbaycan, Rusiya, Banqladeş, Amerika Birləşmiş Ştatları, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan.

Məlumatda qeyd olunur ki, Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas qurumdur. Onun əsas funksiyalarından biri hüquqi əsas olmadan Gürcüstanda yaşayan əcnəbiləri aşkarlamaq və ölkədən çıxarılmasını təmin etməkdir.

mənbə: Interpress