Tbilisidə sol sahildə yol çöküb? – Meriyadan açıqlama verildi

Apr 8, 2025 - 18:55
 0  27
Tbilisidə sol sahildə yol çöküb? – Meriyadan açıqlama verildi

Tbilisi Meriyası sol sahildə yolun çökdüyü haqda sosial şəbəkələrdə yayılan məlumatlara cavab verib.

Qurumun mətbuat xidmətinin bildirdiyinə görə, ərazidə sadəcə təmir işləri aparılır və yolun çökməsi faktı doğru deyil.

Xatırladaq ki, bir gün əvvəl meriya rəsmi açıqlama yayaraq bildirib ki, restoran “Qaqra”nın yaxınlığında avtomobil yolunun hərəkət hissəsində çatlar müşahidə olunub. Məhz buna görə də, təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması qərara alınıb.

Təhlükəsizlik məqsədilə, 2025-ci il aprelin 7-dən etibarən zədələnmiş hissədə – yolun ən sağ zolağında avtomobil hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

mənbə: interpress