Çakvidə DTX-nin əməkdaşı ölü vəziyyətdə tapılıb

Oct 2, 2025 - 14:15
 0  24
Çakvidə DTX-nin əməkdaşı ölü vəziyyətdə tapılıb

Çakvidə DTX-nin əməkdaşı ölü tapılıb – istintaq intihar versiyası üzərində işləyir.

Məlumatı ilkin olaraq yerli media “Acara Tayms” yayıb.

Onların məlumatına görə, cəsədin bədənində güllə yaraları olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə aparılır, bu maddə intihara yönəltməni nəzərdə tutur. Qurum əlavə detallar barədə açıqlama verməyib.

“Tabula”ya Dövlət Təhlükəsizlik Xidmətindən deyiblər ki, hazırda yalnız intihar versiyası mövcuddur. Qurumun məlumatına görə, bu, əldə olunan müxtəlif sübutlarla təsdiqlənir.


DTX bildirib ki, istintaq və ailənin maraqlarını nəzərə alaraq əlavə detallar barədə açıqlama vermirlər.

mənbə: marneulifm