Saqarecoda bədbəxt hadisə: 3 yaşlı uşaq həlak olub
Saqareco bələdiyyəsinin Manavi kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xeber.ge xeber verir ki, hadisə nəticəsində 3 yaşlı azyaşlı həyatını itirib.
Yerli sakinlərin verdiyi məlumata görə, azyaşlı qonşunun həyətində olarkən hərəkətdə olan avtomobilin qapısına toxunub.
Zərbənin təsirindən yerə yıxılan uşaq baş nahiyəsindən ağır travma alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Hadisənin dəqiq başvermə səbəbləri istintaqdan sonra məlum olacaq.