Tetrixaroda bir nəfər silah-sursat və narkotiklə yaxalanıb

May 16, 2026 - 14:24
 0  38
Tetrixaroda bir nəfər silah-sursat və narkotiklə yaxalanıb
: :
playing

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetrixaro Rayon İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah, döyüş sursatı və narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən bir şəxsi saxlayıb.

Xeber.ge xeber  verir ki, əməliyyat rayon ərazisində keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşayış evinə və köməkçi tikililərinə baxış keçirilib.

Axtarış zamanı avtomat silah, ov tüfəngi, tapança, patron darağı və müxtəlif markalı odlu silahlara aid 35 ədəd döyüş patronu tapılaraq maddi sübut kimi götürülüb.

Evdən silahlarla yanaşı, qanunsuz olaraq saxlanılan qurudulmuş marixuana da aşkar edilərək dövriyyədən çıxarılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (silah-sursatın qanunsuz dövriyyəsi) və 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə istintaq başladılıb.

Bu maddələr üzrə təqsirləndirilən şəxsi 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.