Tbilisidə "tikinti vədi" ilə külli miqdarda dələduzluq edən şəxs saxlanılıb

May 16, 2026 - 14:16
 0  13
Tbilisidə "tikinti vədi" ilə külli miqdarda dələduzluq edən şəxs saxlanılıb
: :
playing

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Xeber.ge xeber  verir ki, həbs qərarı məhkəmənin hökmü əsasında icra edilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə torpaq sahəsində tikinti icazəsinin alınması və yaşayış evinin inşa edilməsi barədə yalan vədlər verib.

O, bu bəhanə ilə zərərçəkəndən mərhələli şəkildə ümumilikdə 83 000 lari pul alıb. Lakin verdiyi vədə əməl etməyərək, həmin vəsaiti qanunsuz olaraq öz şəxsi məqsədləri üçün mənimsəyib.

Polisin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində qandallanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda dələduzluq) ilə cinayət işi aparılır.

Bu maddənin tələblərinə əsasən, təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.