Tbilisidə 27 yaşlı qadın əməliyyatdan sonra vəfat edib

Jun 11, 2026 - 13:39
 0  16
Tbilisidə 27 yaşlı qadın əməliyyatdan sonra vəfat edib

Tbilisi klinikalarından birində 27 yaşlı qadının ölümü ilə nəticələnən ağır hadisə baş verib.

 Xeber.ge xəbər verir ki, məlumata görə, pasiyent qalxanabənzər vəz  əməliyyatı keçirdikdən sonra dünyasını dəyişib.

Mərhumun Kaspi bələdiyyəsinin Mefiskala kəndindən olduğu bildirilir.

Hadisənin təfərrüatları, o cümlədən əməliyyatdan sonrakı ölümün səbəbləri hələlik rəsmi qurumlar tərəfindən açıqlanmayıb. Yaxınları və ictimaiyyət baş verən faciə ilə bağlı səhiyyə orqanlarından ətraflı araşdırma gözləyir.

Hadisə ilə bağlı yeni məlumatlar daxil olduqca təqdim edəcəyik.