Rustavidəki qanlı insidentlə bağlı saxlanılan var

Jun 11, 2026 - 12:28
 0  18
Rustavidəki qanlı insidentlə bağlı saxlanılan var

Rustavi şəhərində restoran yaxınlığında baş verən və 45 yaşlı kişinin ölümü ilə nəticələnən insidentlə bağlı polis əməliyyat keçirib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən 1 nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs mərhuma qarşı fiziki zorakılıq tətbiq edib. Qarşıdurma zamanı zərərçəkən yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb və hadisə yerində dünyasını dəyişib.

Polis "isti izlərlə" həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi müəyyən edərək təqsirləndirilən şəxs qismində saxlayıb.

DİN-dən bildirilib ki, hazırda davam edən intensiv istintaq çərçivəsində davada iştirak edən digər şəxslərin də müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsi (sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) ilə istintaq başladılıb. Sözügedən maddə 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.