Potidə qatardan külli miqdarda yanacaq oğurlayan şəxs saxlanılıb
Gürcüstanın Poti şəhərində qatar vaqonundan qanunsuz yolla yanacaq mənimsəyən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Xeber.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi bəyanatında yer alıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Poti dəmir yolu stansiyasının ərazisində qata
Sözügedən şəxs bu yolla 3 000 litrə yaxın yanacağı qanunsuz olaraq ələ keçirib.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb və oğurlanmış yanacaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.