Avropa Parlamentinin hərəkətləri bizə SSRİ Ali Sovetini xatırladır

Oct 9, 2026 - 12:25
 0  19
Avropa Parlamentinin hərəkətləri bizə SSRİ Ali Sovetini xatırladır

"Avropa Parlamenti və bütövlükdə Avropa bürokratiyası acınacaqlı vəziyyətdədir. Bu qurumda aparılan müzakirələr və qəbul edilən sənədlər də bunun təzahürüdür. Bu, artıq Gürcüstan cəmiyyəti üçün maraqlı deyil".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin ötən gün ölkə ilə bağlı qəbul etdiyi tənqidi qətnaməni jurnalistlərə şərh edərkən deyib.

O, Avropa Parlamentinin hərəkətlərinin SSRİ Ali Sovetini xatırlatdığını qeyd edib.

"Hesab edirəm ki, hətta Sovet İttifaqı mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovet daha yaxşı vəziyyətdə idi", - deyə hökumət başçısı əlavə edib.

mənbə: apa.az