Gürcüstan Rusiyadan rekord həddə qaz alıb
 
                                
Bu ilin ilk üç rübündə Gürcüstana Rusiya qazının tədarük həcmi rekord səviyyəyə yüksəlib.
Bu barədə Gürcüstan Statistika Xidmətindən məlumat verilib.
Məlumata görə, yanvar-sentyabr aylarının yekunlarına əsasən, ümumi idxal 90,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.
Bununla yanaşı, 2020-ci ildən bəri Gürcüstan təkcə Rusiya və Azərbaycandan deyil, həm də Ermənistandan da qaz alıb.
mənbə: axar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            