Həcc ziyarəti üçün - Yeni qaydalar
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlar üçün yeni qaydalar tətbiq edəcək.
Xeber.ge xəbər verir ki,
Sənəd Həcc Bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli və “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır.
Yeni qaydalara əsasən, qurbanlıq heyvanların alınması və kəsilməsi üçün ödənişlər “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib ki, Məkkə məscidinə və digər müqəddəs məkanlara giriş üçün “Nusuk” kartının istifadəsi məcburi olacaq.
Nazir əlavə edib ki, bütün maliyyə və inzibati əməliyyatlar “Nusuk” və “Masar” platformaları üzərindən aparılacaq.
mənbə: qafqazinfo.az