Tbilisidə Qazaxıstan vətəndaşını qaçırıb fidyə tələb edən 9 şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları qrup şəklində azadlıqdan qanunsuz məhrumetmə faktı ilə bağlı genişmiqyaslı əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən hazırladıqları cinayətkar plan əsasında həmvətənləri olan 2004-cü il təvəllüdlü D.A.-nı qaçıraraq azadlığını qanunsuz məhdudlaşdırıblar. Onlar zərərçəkmişə fiziki təzyiq göstərərək ondan 30 000 ABŞ dolları məbləğində pul tələb ediblər. Əks təqdirdə, cinayətkarlar gənci öldürməklə hədələyiblər.
Hüquq-mühafizə orqanlarının "isti izlərlə" keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər doqquz şübhəli şəxs cinayəti törətdikdən qısa müddət sonra yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi (Qrup şəklində azadlıqdan qanunsuz məhrumetmə) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirli bilinən şəxsləri 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.