Tbilisidə yaşayış binası uçub: 12 ailə təxliyə edilib-VİDEO
Tbilisinin Mtatsminda rayonu, Vaso Abaşidze küçəsi 11 ünvanında yerləşən yaşayış binasında uçqun baş verib.
Xeber.ge xəbər verir ki,
İlkin məlumata görə, hadisəyə səbəb mənzil sahiblərindən birinin qeyri-peşəkar və icazəsiz apardığı təmir işləri olub. Bildirilir ki, mülkiyyətçi aprelin 3-də mənzilin bölünməsi üçün Arxitektura Xidmətinə müraciət etsə də, rəsmi cavab gözləmədən və heç bir icazə almadan işlərə başlayıb. Təmir zamanı binanın əsas daşıyıcı divarına ciddi zərər dəyib və bu, uçquna səbəb olub.
Təhlükəsizlik tədbirləri çərçivəsində binada yaşayan 12 ailə dərhal təxliyə olunaraq mehmanxanalara yerləşdirilib. Mtatsminda Rayon İcra Hakimiyyəti sakinlərin kirayə haqqının ödənilməsini öhdəsinə götürüb.
Məlumata görə, sözügedən bina əvvəllər qəzalı vəziyyətdə olmayıb və sakinlərdən bununla bağlı hər hansı şikayət daxil olmayıb. Hazırda hadisə yerində ekspertlər çalışır. Ekspertizanın rəyindən sonra həm məsuliyyətsiz mülkiyyətçi barəsində hüquqi tədbirlərin görülməsi, həm də binanın bərpası və gücləndirilməsi ilə bağlı qərar veriləcək.