“Pul qoy, zəngin ol” – yüz minlərlə dollar oğurlanıb
Məbləğ yüz minlərlə dollar — virtual platformaya pul qoyub “rekord vaxtda böyük gəlir” vəd edən saxta sxem ifşa olunub. Əsasən emigrantlar hədəfə alınıb.
XEBER.GE xeber verir ki,
Cazibədar reklamlar sayəsində 100-dən çox insan platformaya pul qoyub. Nəticədə hamısı hər şeyini itirib.
Zərərçəkənlərin iddiasına görə, bu mütəşəkkil dəstəyə Uça Uruşadze rəhbərlik edir. O, sosial şəbəkələr vasitəsilə onlarla insanın (əsasən emigrantların) inamını qazanaraq onları “Biznes” platformasına pul qoymağa inandırıb. “Risk yoxdur” deyə inandırıb, əslində isə insanlar öz əlləri ilə pulu fırıldaqçıların cibinə köçürüblər.
Uça Uruşadze kimdir? Yüzdən çox insan onu yüz minlərlə dollar mənimsəməkdə ittiham edir. Zərərçəkənlər onu maliyyə piramidasının müəllifi hesab edir.
“Pirveli tv” həmçinin Uruşadzenin 7000 nəfərlik qapalı Teleqram qrupunda paylaşdığı videonu əldə edib.
Jurnalist eksperimenti: “Pirveli tv” əvvəlcə adi vətəndaş kimi, sonra isə media adından Uruşadzeyə müraciət edib. O, əvvəlcə “texniki problem” olduğunu deyib və sonradan əlaqə saxlayacağını vəd verib. Lakin jurnalistlərin əsl məqsədini öyrənəndən sonra söhbəti dayandırıb.