Marneulidə motosiklet sürücüsü beton konstruksiyaya çırpılaraq həlak oldu

Jul 8, 2026 - 20:57
 0  5
Marneulidə motosiklet sürücüsü beton konstruksiyaya çırpılaraq həlak oldu

Marneuli şəhərinin Merab Kostava küçəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Mövcud məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetməni itirərək yol kənarındakı beton konstruksiyaya çırpılıb.

XEBER.GE xeber  verir ki, güclü zərbə nəticəsində motosikletin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən "PrimeTime" agentliyinə verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə istintaq başladılıb. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.