Batumidə 3 gündür axtarılan gəncin meyiti tapıldı
Batumidə üç gün davam edən axtarışlardan sonra xilasedicilər itkin düşən gənc kişinin meyitini tapıblar.
XEBER.GE xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib ki, meyit ötən gün dənizdən çıxarılıb.
Məlumata görə, gənc dənizə girdikdən sonra sahilə qayıda bilməyib və suda boğulub. Hadisənin dəqiq səbəbləri araşdırılır.