Gürcüstanda enerji böhranı: Azərbaycan dərhal hərəkətə keçdi

Apr 19, 2025 - 20:47
 0  42
Gürcüstanda enerji böhranı: Azərbaycan dərhal hərəkətə keçdi

Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.

Bu barədə  "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Qeyd edək ki, aprelin 19-da "Kavkasioni" elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tbilisidə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

"Azərenerji" dərhal Gürcüstanın Dövlət Elektrik Sistemi ilə paralel işi bərpa edib", - T.Abdullayev qeyd edib.

Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa edilib.

Bu, artıq Gürcüstanda son bir ayda ikinci irimiqyaslı elektrik kəsintisidir. 

mənbə: oxu.az