Sərnişinlərin 150 km-dən artıq məsafəyə mikroavtobuslarla daşınmasına qadağa təxirə salınıb
Gürcüstanda sərnişinlərin 150 km-dən artıq məsafəyə mikroavtobuslarla daşınmasına qadağa qoyan qaydanın qüvvəyə minməsi yarım il təxirə salınıb.
Qaydanın qüvvəyə minmə tarixinə uyğun dəyişiklik “Avtovağzal və Avtoparkların fəaliyyət qaydaları və şərtləri” texniki reqlamentinə daxil edilib.
Sənədə əsasən, yeni qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
"Şəhərlər (Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Telavi) və eləcə də Gürcüstanda 150 km-dən artıq məsafədə yerləşən digər yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) arasında ölkədaxili müntəzəm sərnişin daşımaları yalnız III sinifə aid, minimum 35 oturacaq yeri (sürücü yeri istisna olmaqla) olan M3 kateqoriyalı və minimum “EURO IV təhlükəsizlik kateqoriyasına” cavab verən avtobuslarla və ya istismar müddəti 20 ildən artıq olmayan avtobuslarla həyata keçirilə bilər”.-sənəddə deyilir.
mənbə: interpress