Gürcüstan millisi Ermənistanı 3:0 hesabı ilə məğlub edir – Mikautadze dubl etdi
Gürcüstan milli futbol komandası Ermənistan yığması ilə qarşılaşmada 3:0 hesabı ilə öndədir.
Üçüncü qolu oyunun 58-ci dəqiqəsində Giorgi Mikautadze vurub və bununla da dubl edib.
Xatırladaq ki, matçın ilk hissəsi Gürcüstan millisinin 2:0 hesablı üstünlüyü ilə başa çatmışdı.
Gürcüstan millisinin ilk qolları:
33-cü dəqiqə – Giorgi Koçoraşvili
37-ci dəqiqə – Giorgi Mikautadze
Gürcüstan yığması Millətlər Liqasının "play-off" mərhələsinin ilk oyununda Ermənistanla qarşılaşır. Görüş İrəvandakı Vazgen Sarkisyan adına Respublika Stadionunda keçirilir.
Qeyd edək ki, UEFA Millətlər Liqasının B divizionuna yüksələcək komanda Gürcüstan və Ermənistan yığmalarının iki oyunun nəticəsinə əsasən müəyyən ediləcək. Cavab oyunu 23 martda Tbilisidə baş tutacaq.
mənbə: interpress