Küləkli hava gözlənilir

Bu gün Gürcüstanda külək və duman gözlənilir.
Bu barədə Milli Ətrqf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, Qərbi Gürcüstanda zaman keçdikcə buludluluq artacaq, əsasən yağıntısız hava hökm sürəcək. Şərq küləyi 10-15 m/s, gün ərzində ayrı-ayrı yerlərdə arabir 17-22 m/s olacaq. Havanın temperaturu: düzənlikdə gündüz +11, +16°; dağlarda gündüz +5, +10°; Yüksək dağlıq ərazilərdə gündüz +2, +7° təşkil edəcək.
Şərqi Gürcüstanda - vaxt keçdikcə buludluluq artır. Əsasən yağıntısız, bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: düzənliklərdə gündüz +3, +8°; dağlarda gündüz 0, +5°; Yüksək dağlıq ərazilərdə gündüz -5,0° isti təşkil edəcək.
mənbə: interpress