Vaxtanq Qomelauri baş nazirin müavini təyin edilib

Gürcüstanın baş naziri daxili işlər naziri Vaxtanq Qomelaurini Gürcüstanın baş nazirinin müavini təyin edib.
Bu barədə hökümət administrasiyası məlumat yayır.
İrakli Kobaxidze bu gün müvafiq sərəncam imzalayıb.
Bu gündən Gürcüstan hökumətində üç baş nazirin müavini olacaq. Baş nazirin birinci müavini səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir.
Müdafiə naziri İrakli Çikovani baş nazirin müavinidir.
mənbə: interpress