Baş verən yol qəzasında bir nəfər həyatını itirdi

Feb 16, 2025 - 17:24
 0  115
Baş verən yol qəzasında bir nəfər həyatını itirdi
: :
playing

Batumi şəhərində baş verən ağır yol qəzası nəticəsində bir gənc qadın həyatını itirib, iki nəfər isə yaralanıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı bir nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, Javaxișvili küçəsində iki yüngül avtomobil toqquşub. Qəza nəticəsində həlak olan şəxs avtomobillərdən birində sərnişin olub.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat qaydalarının pozulması və ölümə səbəb olması) üzrə istintaq başladıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

mənbə: interpress