Gürcüstanda yanvarın 18-dək soyuq və yağıntılı hava şəraiti davam edəcək
Xeber.ge xəbər verir ki,
Tbilisidə: yanvarın 15-16-da hava soyuq və əsasən yağıntısız keçəcək, yanvarın 17-də isə qar yağacağı gözlənilir. Temperatur gecə -3...-5, gündüz +2...+4 dərəcə təşkil edəcək.
Sahil rayonlarında: (Batumi, Kobuleti, Anaklia, Poti) yağıntılı hava gözlənilir. Temperatur gecə +1...+3, gündüz +5...+7 dərəcə olacaq.
Qərbi Gürcüstanın aran rayonlarında: (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) yağıntı, əsasən qar yağacağı ehtimal olunur. Temperatur gecə -1...-3, gündüz +4...+6 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında: (Ambroaluri, Oni, Sageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) vaxtaşırı qar yağacağı gözlənilir. Temperatur gecə -5...-10, gündüz -1...-3 dərəcə olacaq. Yüksək dağlıq ərazilərdə (Mestia, Baxmaro) isə temperatur gecə -13...-15 dərəcəyədək enəcək.
Kartli bölgəsində: (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə -6...-8, gündüz +1...+3 dərəcə təşkil edəcək.
Kaxeti bölgəsində: (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsğaro) bəzi yerlərdə qar yağacağı ehtimalı var. Temperatur gecə -5...-7, gündüz +2...+4 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında: (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qar yağacaq, temperatur gecə -12...-14 dərəcə təşkil edəcək. Yüksək dağlıq rayonlarda (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) isə qar və çovğun gözlənilir. Temperaturun gecə -18...-20, gündüz -6...-8 dərəcə olacağı proqnozlaşdırılır.