Tbilisinin Qldani rayonunda ağaclar aşıb: Qaz və işıq kəsilib
Gürcüstanın paytaxtı Tbilisidə müşahidə olunan əlverişsiz hava şəraiti və güclü külək nəticəsində infrastrukturun zədələnməsi faktı qeydə alınıb.
Xeber.ge xeber verir ki,
İlkin məlumatlara əsasən, ağacların aşması nəticəsində ərazidən keçən qaz borusu və elektrik ötürücü xətləri ciddi zədələnib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisə yerinə paytaxtın müvafiq xidmət orqanlarının, o cümlədən xilasetmə və kommunal təsərrüfat briqadaları cəlb olunub.
Qaz və elektrik enerjisinin bərpası, habelə aşmış ağacların ərazidən kənarlaşdırılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, sinoptiklər yaxın günlərdə paytaxt ərazisində küləkli və sərin hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.