Qarelidə uşaq bağçalarına verilən mal ətində at əti tapılıb

Aug 3, 2026 - 12:29
 0  14
Qarelidə uşaq bağçalarına verilən mal ətində at əti tapılıb

Qarelidakı uşaq bağçalarına verilən mal ətində at əti DNT-sinin izləri tapılıb — məlumatı "Qartlis ambebi" nəşri Qida Milli Agentliyinin rəyinə istinadən yayır. Nəşrin bildirdiyinə görə, həmin rəy QMA tərəfindən Bağçalar Birliyinə göndərilib.

XEBER.GE xəbər verir ki,"Qartlis ambebi" yazırdı ki, 2026-cı ilin iyun ayında Qareli Meriyası gözlənilmədən yeni ət təchizatçısı şirkətinin axtarışına başlayıb. Rəsmi səbəb kimi təqdim olunan ətin gigiyenik normalara cavab vermədiyi bildirilsə də, reallıqda söhbətin at ətindən getdiyini gizlədirdilər.

Qareli uşaq bağçalarını mal əti ilə "Qartuli Xorts-Produktəbis Fermeri" MMC təmin edirdi. Şirkətin direktoru Besik Kaxidze şirkətin təcrübəsiz olduğunu bildirir və məsuliyyəti həmtəsisçinin üzərinə atırdı: "Görünür, haradasa kəndlərdən ucuz qiymətə alıb gətirirmiş. Mən şərikimlə əlaqə saxlaya bilmirəm."

Dövlət Satınalmaları Agentliyinin internet səhifəsindəki məlumata görə, şirkət 2026-cı ilin sonunadək bağçalara ət çatdırmalı idi. Müqavilənin ümumi dəyəri 173 000 lari təşkil edirdi. İyun ayının vəziyyətinə görə, şirkət bağçalara 76 673 lari dəyərində ət tədarük edib.