Bu gündən havalar istiləşəcək, temperatur yüksələcək

Apr 17, 2025 - 19:29
 0  31
Bu gündən havalar istiləşəcək, temperatur yüksələcək

Ölkədə isti hava şəraiti gözlənilir.

Bu barədə Meteoroloq Dodo Qvazava məlumat verib.

“Yağışlı hava bu gün axşam saatlarında sona çatacaq və hava açılacaq. 17 apreldən etibarən ölkə üzrə yağmursuz və isti hava müşahidə olunacaq. Aprelin 17-də düzənlik və ovalıq ərazilərdə maksimal temperatur 17-22 dərəcə təşkil edəcək.

19 aprelə qədər Qərbi Gürcüstanda – yuxarı İmereti və Kolxeti düzənliyində şərq küləklərinin güclənməsi ilə birlikdə temperaturun 25-28 dərəcəyədək yüksəlməsi gözlənilir. Şərqi Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə isə temperatur bir qədər aşağı olacaq – 17-23 dərəcə isti təşkil edəcək.

19 aprel axşamından və 20 aprel gecəsinədək ölkə üzrə quru və mülayim hava şəraiti davam edəcək. Yalnız 20 aprel səhərindən başlayaraq Qərbi Gürcüstanın bəzi bölgələrində qısamüddətli və zəif yağış, ildırım müşahidə oluna bilər. Yuxarı İmereti və Kolxeti düzənliyində küləkli hava davam edəcək. Bu nisbətən buludlu və zəif yağıntılı hava daha sonra Şərqi Gürcüstanın qərb bölgələrinə – Samtsxe-Cavaxetiya və Daxili Kartliyə doğru hərəkət edəcək. Bu bölgələrdə 20 aprel saat 16:00 radələrində bəzi ərazilərdə qısamüddətli yağış mümkündür. Lakin bu temperatur göstəricilərinə təsir etməyəcək – hava 20-22 dərəcə isti olaraq qalacaq. Paytaxt Tbilisidə də yağış gözlənilmir.

21 aprel tarixində isə Gürcüstanda nisbətən qeyri-sabit hava şəraiti gözlənilir. Bəzi bölgələrdə gündüz saatlarında ildırımla müşayiət olunan qısamüddətli yağış ola bilər, lakin bu da temperaturda ciddi dəyişiklik yaratmayacaq”, – deyə meteoroloq Dodo Qvazava  bildirib.

mənbə: interpress