Gürcüstan məhkəməsi əsas müxalifət koalisiyasının liderini cərimələyib
Məhkəmə Gürcüstanın ən böyük müxalifət təşkilatı olan “Dəyişiklik üçün” koalisiyasının lideri Nika Qvaramiyanı cərimələyib.
Bu barədə Qvaramiya sosial şəbəkədə məlumat paylaşıb.
“Tbilisi Şəhər Məhkəməsi yolu qanunsuz bağladığım üçün məni 5000 lari cərimələdi”, - müxalifət lideri qeyd edib.
mənbə: apa