8 partiya seçkidə iştirakdan imtina etdi

Gürcüstanın səkkiz müxalifət partiyası birgə bəyanat yayaraq, 2025-ci ilin oktyabrında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
Bu barədə TV Pirveli məlumat yayıb.
“Biz qondarma yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan imtina edirik, çünki hesab edirik ki, hazırkı reallıqda bu prosesdə iştirak vətəndaşlarımızın maraqlarına xidmət etməyəcək”, - bəyanatda deyilir.
Bəyanatı bu partiyalar imzalayıb: Vahid Milli Hərəkat, Federalistlər, Azadlıq Meydanı, Avropa Gürcüstanı, Strategiya Aqmaşenebeli, Droa, Axali və Girçi - Daha çox Azadlıq.
mənbə: modern