Yol kənarında tikinti aparanların nəzərinə: Cərimələr artır!

Jun 8, 2026 - 22:12
 0  41
Yol kənarında tikinti aparanların nəzərinə: Cərimələr artır!

Parlamentə təqdim olunan qanun layihəsində qeyd edilir ki, yol kənarı zonalarda icazəsiz və ya razılaşma şərtlərini pozmaqla hər hansı tikinti fəaliyyətinin həyata keçirilməsi, yaxud tikilinin yerləşdirilməsi ilk mərhələdə fiziki və ya hüquqi şəxsə xəbərdarlıq edilməsinə və problemin aradan qaldırılması üçün ona 1 ay ağlabatan müddət verilməsinə səbəb olacaq.

Xeber.ge xeber  verir ki, qanun layihəsinə əsasən, müəyyən edilmiş müddətdə bu tələbin yerinə yetirilməməsi:

·         Fiziki şəxslərin 500 lari məbləğində,

·         Hüquqi şəxslərin isə 2 000 lari məbləğində cərimələnməsinə səbəb olacaq.

Layihədə qeyd olunur ki, əgər bu əməl artıq inzibati tənbeh almış (əvvəl də eyni qaydanı pozmuş) şəxs tərəfindən törədilərsə, məsuliyyət daha da ağır olacaq. Bu halda:

·         Fiziki şəxslər 1 500 lari,

·         Hüquqi şəxslər isə 6 000 lari məbləğində cərimələnəcəklər.

Dəyişikliklərə əsasən, törədilən əməl nəticəsində avtomobil yoluna və ya onun hər hansı bir hissəsinə ziyan dəydiyi hallar üçün ayrıca məsuliyyət müəyyən edilir.

İlk dəfə törədildikdə:

·         Fiziki şəxslər: 1 500 lari

·         Hüquqi şəxslər: 50 000 lari

Eyni əməl əvvəllər inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə:

·         Fiziki şəxslər: 3 000 lari

·         Hüquqi şəxslər: 100 000 lari cərimə olunacaqlar.