Tbilisidə tələbələrin maliyyələşdirilməsi proqramında dəyişikliklər edilir

Jun 17, 2026 - 20:53
 0  19
Tbilisidə tələbələrin maliyyələşdirilməsi proqramında dəyişikliklər edilir

Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında payız semestrindən etibarən "Tələbələrin təhsilinin maliyyələşdirilməsi proqramı"nda mühüm dəyişikliklərin qüvvəyə minəcəyini bəyan edib.

XEBER.GE  xəbər verir ki, paytaxt merinin sözlərinə görə, uğurlu magistrantların semestr üzrə təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq.

Bununla yanaşı, gənc tədqiqatçılara dəstək məqsədilə yeni proqram təsis olunur.

Yeniliklərə əsasən, uğurlu magistrantların semestrlik təqaüdü mövcud 562,5 laridən 1 000 lariyə qaldırılır.

Həmçinin meriyada "Tbilisi üçün gənc alimlər" adlı yeni proqramın başladığı elan olunub. Kaxa Kaladze proqramın təfərrüatlarını belə izah edib: "Bu proqram çərçivəsində, paytaxtın qarşısında duran problemlərin həlli və innovativ ideyaların işlənib hazırlanması istiqamətində çalışan gənc tədqiqatçıları araşdırma qrantları ilə maliyyələşdirəcəyik.

Bələdiyyənin ehtiyacları nəzərə alınmaqla mütəxəssis qıtlığı olan sahələr hər il yenidən müəyyən ediləcək. Eyni zamanda, 2026-2027-ci tədris ilinə qədər dövlət və ya özəl ali təhsil müəssisələrində təhsil hüququ qazanmış tələbələrin təhsil haqlarının maliyyələşdirilməsi proqramı da davam etdiriləcək".

Tbilisi Meriyası hər semestr sosial müdafiəyə ehtiyacı olan, çoxuşaqlı ailələrin üzvü olan və əlillik (ŞŞM) statusuna malik tələbələrin təhsil haqlarını ödəməkdə davam edir.

Mer qeyd edib ki, cari ildə sözügedən proqram çərçivəsində 1 280 sosial müdafiəyə ehtiyacı olan, 500-dən çox çoxuşaqlı ailə üzvü olan50-yə yaxın əlilliyi olan tələbə maliyyə dəstəyi alıb.

Kaxa Kaladze həmçinin Elm, Təhsil və Gənclər Nazirliyinin dövlət universitetlərində təhsil haqqının tam maliyyələşdirilməsini nəzərdə tutan yeni islahatını da alqışladıqlarını və bu addımın ali təhsilin əlçatanlığını və keyfiyyətini mühüm dərəcədə artıracağına inandıqlarını vurğulayıb.