Uşba dağında keçirilən ekspedisiya zamanı alpinist həlak olub

Uşba dağında keçirilən ekspedisiyada alpinist və dağ bələdçisi Nikoloz Faliani faciəvi şəkildə həlak olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Bugün Nikoloz Falianinin Uşba ekspedisiyası zamanı vəfatı xəbərini aldıq. Nikoloz Faliani istedadlı alpinist və dağ bələdçisi idi, o, Gürcüstan turizminin inkişafında fəal iştirak edirdi. Onun itkisi ailəsi, dostları, Svaneti bölgəsi və bütövlükdə idman və turizm ictimaiyyəti üçün böyük boşluq yaradır. Ailəsinə, dostlarına, silahdaşlarına, Svaneti əhalisinə və Gürcüstan cəmiyyətinə dərin hüznlə baş sağlığı verir, Allahdan möhkəm iradə diləyirik. Nikolozun gücü, cəsarəti və dağlara olan sevgisi bizə həmişə ilham verəcək.”- deyə sosial şəbəkədə olan paylaşımda bildirilib.
mənbə: interpress