Tbilisi apellyasiya məhkəməsi qeyri-hökumət təşkilatlarının elektron seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddialarını təmin etməyib
Tbilisi Apellyasiya Məhkəməsi qeyri-hökumət təşkilatlarının elektron seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddialarını rədd edib.
Dimitri Qvritişvilinin də daxil olduğu hakimlər kollegiyası qərarı indicə elan edib.
Müraciətdə üç qeyri-hökumət təşkilatının - “Ədalətli Seçkilər”, Gənc Hüquqşunaslar Assosiasiyası və "Beynəlxalq şəffaflıq - Gürcüstan"ın şikayətlərinə baxılıb. Qeyri-hökumət təşkilatları bir sıra rayonlarda elektron seçkilərin nəticələrinin ləğvini tələb ediblər.
Tbilisi Apellyasiya Məhkəməsində proses 22 saat davam edib və bu proses çərçivəsində 26 işə birgə baxılıb. İddialar Şərqi Gürcüstan ərazisində aşkar edilmiş seçki pozuntuları ilə bağlı olub.
mənbə: interpress