Övladına qarşı mütəmadi olaraq zorakılıq tətbiq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstanda Türkiyə Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Ş.İ. ailə üzvünə qarşı törədilmiş təcavüz və hədə-qorxu ittihamı ilə saxlanılıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs həm Türkiyədə, həm də Gürcüstanda olduğu müddətdə öz övladına qarşı həyatına son qoymaq və sağlamlığına zərər yetirmək hədəsi ilə sistematik şəkildə cinsi zorakılıq törədib. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Ş.İ. Batumidə saxlanılıb”, - bəyanatda deyilir.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 137-ci (ailə üzvünə qarşı təcavüz) və 11 prima 151-ci (ailə üzvünə qarşı hədə-qorxu) maddələri üzrə aparılır.
Bu cinayətlər 13 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: marneulifm