İnqorokva Klinikasında tibb bacısına hücum edən pasiyent saxlanılıb- Video
İnqorokva Universitet Klinikasında tibb bacısına hücum etmiş pasiyent saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə saxlanılıb.
Məlumat üçün bildirək ki, dünən səhər saatlarında İnqorokva Universitet Klinikasında bir pasiyent tibb bacısına hücum etmişdi. Klinikanın verdiyi açıqlamaya görə, tibb bacısında səthi xəsarətlər qeydə alınıb və onun həyatı üçün təhlükə yoxdur.
“37 yaşlı qadın pasiyent xəstəxanaya gətirilmişdi. Ona bütün zəruri tibbi tədbirlər göstərilirdi. Gözlənilmədən tibb bacımıza hücum etdi. Xoşbəxtlikdən, xəsarətlər səthidir, həyatı üçün təhlükə yoxdur. Klinikamız tərəfindən dərhal bütün lazımi tədbirlər görülüb. Patrul polisi çağırıldı və həmin şəxs müvafiq orqana təhvil verildi”, – deyə klinikadan bildirilib.
mənbə: marneulifm