Aviasiya təhlükəsizliyi inspektoru oğurluq ittihamı ilə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Nazirliyin Baş Müfəttişliyi tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluq faktına görə Mülki Mühafizə İdarəsinin Aviasiya Təhlükəsizlik Şöbəsinin inspektoru saxlanılıb.
Məlumata əsasən, istintaq müəyyən edib ki, 1990-cı il təvəllüdlü M.B. xidməti vəzifəsini yerinə yetirərkən, vətəndaşa məxsus qızıl əşyaları qanunsuz şəkildə mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) üzrə istintaq aparılır. Cinayət 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress