Bıçaqlanma hadisəsi baş verdi

Jul 5, 2025 - 16:06
 0  40
Bıçaqlanma hadisəsi baş verdi
: :
playing

Tbilisidə baş vermiş insident zamanı iki nəfər bıçaqla yaralanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatına görə, hadisədən dərhal sonra polis bir nəfəri saxlayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, istintaq iki və ya daha çox şəxsə qarşı qəsdən ağır bədən xəsarəti yetirmə maddəsi ilə aparılır.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü İ.E.-ni qəsdən ağır bədən xəsarəti yetirməkdə ittiham edərək saxlayıblar.

Cinayət 9 ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, İ.E. qarşıdurma zamanı mübahisə zəminində 1982-ci il təvəllüdlü R.S.-yə və 1984-cü il təvəllüdlü M.Ğ.-yə bıçaqla müxtəlif xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis operativ tədbirlər nəticəsində İ.E.-ni hadisədən dərhal sonra saxlayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “m” bəndi ilə aparılır ki, bu da iki və ya daha çox şəxsə qarşı qəsdən ağır bədən xəsarəti yetirməyi nəzərdə tutur,” – deyə nazirliyin məlumatında bildirilir.

mənbə: interpress