“Narkopolitika ilə bağlı dəyişikliklərin yeganə məqsədi müxalif gənclərin kütləvi həbsləridir”

Jul 5, 2025 - 15:57
 0  32
“Narkopolitika ilə bağlı dəyişikliklərin yeganə məqsədi müxalif gənclərin kütləvi həbsləridir”

“Gürcü Arzusu” hökumətinin narkopolitika sahəsində planlaşdırdığı dəyişikliklərin məqsədi “küçəyə çıxan müxalif gənclərin kütləvi şəkildə həbsi”dir.

Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Facebook”da yaydığı məktubda bildirib.

“‘Narkopolitikanın sərtləşdirilməsi’ təşəbbüsü yalnız bir məqsəd üçün qəbul olunur – küçəyə çıxan müxalif gənclərin narkotik maddələrin ‘qoyulması’ yolu ilə kütləvi şəkildə tutulması üçün.

Öz tərəfdar narkomanlarına (və belə çoxdur) əlbəttə ki, heç kim toxunmayacaq. Amma bu yolla onlara nəzarət də daha da güclənəcək,” – deyə Saakaşvili öz məktubunda qeyd edib.

mənbə: interpress